Türkiyə müxalifətinin “Altılıq Masası” blokunda (və ya Millət İttifaqında) xaos davam edir. Mayın 14-də keçiriləcək seçkilərə az vaxt qalarkən, partiyaların seçki siyahısına hazırlıqları sürətlə davam edir.
Teleqraf.com xəbər verir ki, “Masa”da siyahı müzakirələri aparılarkən CHP-nin masa arxasındakı “kiçik ortaqlar”ından narahat olduğu üzə çıxmağa başlayıb.
CHP-nin rəsmi nümayəndəsi Aytuğ Atıcı blokda yer alan Səadət, Demokrat, DEVA və Gələcək partiyalıarına xitabən, az səs nisbətinə malik partiyaların deputat mandatı və hətta nazirlik tələb etdiklərini deyib.
Onun sözlərinə görə, CHP-dən bir Səadət Partiyası üzvünün irəli sürülməsinin insanları narahat edəcəyini iddia edib:
“Deputatlığa namizəd kimi bəyənmədiyiniz ideologiyanın siyahısında olmaq çox ciddi məsələdir. Siyasi etika və ideologiya baxımından düzgün deyil. Millət İttifaqında “sosial demokrat” olduğunu deyən CHP, milli fikirdən gəldiyini deyən üç partiya, ülgücü ideologiyanı və orta sağı təmsil edən İYİ Partiya var. Səadət Partiyasının bir üzvünün CHP-nin siyahısında namizəd kimi görünməsi insanları narahat edə bilər”.
Bununla belə, Atıcı həmin partiyaların ittifaqda qalmağa məcbur olduqlarını deyib:
“Kılıçdaroğlunun edə biləcəyi başqa heç nə yoxdur, ittifaq qurmağa və vahid siyahı ilə seçkiyə getməyə məcburdurlar. Əks halda, məğlub olacaqlar”.