13 Mart 2023 15:33
1 339
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 15-16-da Moskvada Türkiyə, Rusiya, İran və Suriya xarici işlər nazirliklərinin müavinlərinin görüşü keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin dövlət telekanalı “TRT Haber” məlumat yayıb.

“Martın 15-16-da Moskvada Türkiyə, Rusiya, Suriya və İranın xarici işlər nazirliklərinin nümayəndələri arasında görüş baş tutacaq”, - məlumatda deyilir.

Məlumatda o da qeyd olunur ki, Türkiyə, Rusiya, İran və Suriya xarici işlər nazirlərinin görüşü hazırlanır. Rusiya tərəfi gələn həftə Moskvada texniki görüşün keçirilməsini təklif edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər