29 Dekabr 2014 09:46
1 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Liviyada vətəndaş müharibəsi təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

Teleqraf.com itar-tass.com-a istinadən xəbər verir ki, BMT-nin Liviyada dəstək missiyası tərəfindən verilən açıqlamada ölkənin qərbində yerləşən Misurataya şəhərində mərkəzi hökumətə qarşı etiraz edən islamçıların bombalandığı bildirilib: “Bunun nəticəsi olaraq, ölkədə gərginlik artıb, müharibə üçün mümkün şərait yaranıb. Bunun qarşısını almaq üçün ölkə rəhbərliyini cəsarətli addımlar atmağa çağırırıq”.

Verilən məlumatlarda ölkənin iki hissəyə bölündüyü, hökumət qüvvələri və Liviya islamçıları arasında mübarizənin intensivləşdiyi qeyd edilib.

Samir


Müəllif:

Oxşar xəbərlər