1 Yanvar 2015 10:46
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sierra-Leondan Yaponiyaya qayıdan 30 yaşlı kişi yüksək hərarətlə Tokioda xəstəxanaya yerləşdirilib.

Teleqraf.com-un xarici KİV-ə istinadən xəbərinə görə, onun Ebola virusuna yoluxub-yoluxmadığını müəyyən etmək üçün analizlər götürülüb.

Yaponiya Səhiyyə naziri bildirib ki, həmin şəxs dünən səhər yüksək temperaturla həkimlərə müraciət edib. O, 8 günlük səfərdən sonra dekabrın 23-də Sierra-Leondan qayıdıb.

Həmin şəxs bildirib ki, Qərbi Afrika ölkəsində Ebolaya yoluxan şəxslərlə kontaktda olmayıb. Lakin o, bu virusdan ölənlərin dəfn edilməsinə kömək edib.

Nihad


Müəllif:

Oxşar xəbərlər