18 Mart 2023 00:39
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verilməsi ilə bağlı qərarını alqışlayıb.

Teleqraf.com xəbər verir ki, J.Borelə görə, bu, beynəlxalq ədalət və Ukrayna xalqı üçün mühüm qərardır: "Biz Avropa İttifaqında həmişə açıq şəkildə bildirmişik ki, Ukraynaya qarşı qanunsuz təcavüzün günahkarları məsuliyyətə cəlb edilməlidir", - J. Borel qeyd edib.

Borel əlavə edib ki, bu həbs qərarı Ukraynada hərbi cinayətlərə görə potensial günahkar şəxslərin məsuliyyətə cəlb edilməsi prosesinin yalnız başlanğıcıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər