19 Mart 2023 18:55
1 929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə xarici işlər naziri Çavuşoğlunun 11 ildən sonra Misirə səfəri dünya mediasında əks-səda doğurub.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın “Bloomberg” agentliyi iki ölkə arasındakı normallaşmanın başlanğıc nöqtəsinə diqqət çəkib.

Çavuşoğlu 11 ildən sonra Türkiyədən Misirə səfər edən ilk xarici işlər naziri olub.

“Bloomberg” bu gəlişməni oxucularına “Türkiyə və Misir on illik mübahisədən sonra münasibətləri yenidən başlamağa söz verdi” başlığı ilə açıqlayıb. Ankara ilə Qahirə arasındakı buzların əriməsinə diqqət çəkən agentlik Qətərdə keçirilən futbol turnirində iki ölkə liderlərinin salamlaşmasını xatırladıb.

“Həll Ərdoğan və Sisinin dünya kubokundə bir-birinin əlini sıxması ilə başlamış ola bilər”, - məqalədə deyilir.

İsrailin “Jarusalem Post” qəzeti “Misir xarici işlər naziri: Danışıqlar dürüst və şəffafdır” başlığına üstünlük verib.

“Al Arabia” iki nazirin prezidentlər Rəcəb Tayyib Ərdoğan və Əbdülfəttah əs-Sisinin görüşəcəyini açıqladığını yazıb.

“Əl-Cəzirə” “Nazirlər on ildən sonra ilk Qahirə toplantısını keçirdi” başlığı ilə oxucularının qarşısına çıxıb. Məqalədə bu ifadələr yer alıb: “Misir xarici işlər naziri Sami Şükrü və türkiyəli həmkarı Mövlud Çavuşoğlu diplomatik münasibətlərin ən qısa zamanda qarşılıqlı səfir təyinatı ilə yüksəldiləcəyini bildirdi”.

Almaniyanın DW telekanalı da oxşar şərhlə çıxış edərək, nazirlərin münasibətləri yaxşılaşdırmağa söz verdiklərini qeyd edib.

ABŞ-ın “ABC News” saytı isə Çavuşoğlunun Misirlə münasibətləri yaxşılaşdırmaq üçün Qahirəyə getdiyini yazıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər