Kopenhagendə məscidlərin birində azyaşlı uşağa cinsi təcavüz edən şəxs yaxalanıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, namaza gələn camaat 47 yaşlı şəxsin 10 yaşlı uşaqla cinsi əlaqədə olduğunu görüblər. Şahidlər dərhal təcavüzkarı polisə təhvil veriblər. Məhkəm qarşısına çıxan şəxsin növbəti iclasa qədər 15 gün həbsdə saxlanılacağı bildirilir.
Vəkil isə 47 yaşlı kişinin günahsız olduğunu və qərarla bağlı ağır cinayətlər məhkəməsinə şikayət edəcəklərini qeyd edib.
Samir