İsrail və Fələstin nümayəndə heyətləri qarşıdakı 3-6 ay ərzində istənilən birtərəfli tədbirləri dayandırmaq barədə razılığa gəliblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Qərar gərginliyin qarşısını almaq üçün Şarm əl-Şeyx şəhərində keçirilən təhlükəsizlik iclasında qəbul edilib. Tədbirdə Misir, İordaniya və ABŞ-dan da nümayəndə heyətləri iştirak ediblər.
“İsrail hökuməti və Fələstin Milli Administrasiyası 3-6 ay müddətində birtərəfli tədbirlərə dərhal son qoymağa hazır olduqlarını və birgə öhdəliklərini təsdiqləyiblər”- məlumatda vurğulanıb.
Sənəd İsrailin yaxın dörd ayda yaşayış məntəqələrinin genişləndirilməsi və altı ay ərzində tikintiyə icazələrin verilməsinə xitam verilməsi ilə bağlı müzakirələri dayandırmasını nəzərdə tutur.