Əfqanıstanda hakimiyyətdə olan Taliban Hərəkatı məmurlara qohumlarını dövlət qurumlarına təyin etməyi qadağan edib.
Teleqraf.com xəbər verir ki, Taliban lideri Heybətullah Axundzadə hakimiyyət təmsilçilərinə oğullarını və digər qohumlarını işdən çıxarmağı əmr edən fərman imzalayıb.
Fərmana əsasən, dövlət məmurları öz qohumlarını dövlət vəzifələrinə təyin etməməlidirlər.
Taliban hakimiyyəti ələ keçirdikdən sonra keçmiş qərbyönlü hökumətin bir çox üzvü ölkədən qaçıb və ya vəzifəsindən uzaqlaşdırılıb.
Təcrübəsiz şəxslərin qohumluq münasibətləri ilə mühüm vəzifələrə gətirilməsi ilə bağlı tənqidlər bir müddət idi gündəmdən düşmürdü. Son zamanlar bəzi yüksək səviyyəli Taliban liderlərinin öz övladlarını dövlət postlarına təyin etməsi reaksiyalara səbəb olurdu.