22 Mart 2023 12:34
3 252
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiya Prezidenti Pyotr Pavel Rusiya-Ukrayna müharibəsi nəticəsində Avropada yeni parçalanmaların ola biləcəyi anonsunu verib.

Teleqraf.com-un məlumatına görə, o bildirib ki, Mərkəzi və Şərqi Avropa ölkələri Rusiyaya qarşı Ukraynanı fəal dəstəkləməklə etimad qazanıblar.

Mərkəzi və Şərqi Avropa ölkələrinin ənənəvi Avropa gücləri ilə rəqabət aparmadığını vurğulayan Pavel Rusiya-Ukrayna müharibəsindən sonra Avropada yeni bölünmələrin olacağını deyib:

"Biz Avropanın birliyini daha da gücləndirməliyik. Avropa İttifaqı ölkələri arasında daha güclü həmrəylik təkcə Rusiyanın planlarına qarşı deyil, həm də dünyanın ikinci ən böyük iqtisadiyyatına malik Çinin təsirinə qarşı zəruridir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər