22 Mart 2023 17:17
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski Donetsk vilayətinə işgüzar səfəri zamanı ukraynalı müdafiəçilərin Baxmut istiqamətindəki mövqelərinə baş çəkib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın Prezident Ofisi məlumat yayıb.
Zelenski cəbhədəki vəziyyət və döyüş əməliyyatlarının gedişi ilə bağlı məruzələri dinləyib.

Prezident hərbçilərlə də söhbət edib və onlara Ukraynanı qoruduqlarına görə təşəkkürünü bildirib:

“Mən bu gün burada, dövlətimizin şərqində, Donbasda olmaq və qəhrəmanlarımızı mükafatlandırmaq, təşəkkür etmək, əl sıxmaq şərəfinə nail oldum. Ukrayna dövlətini, onun suverenliyini, şərqini müdafiə etdiyiniz üçün sizə təşəkkür edirəm”.

İştirakçılar həlak olmuş müdafiəçilərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Zelenski hərbçilərə dövlət mükafatlarını da təqdim edib.


Müəllif: Teleqraf.com