23 Mart 2023 08:43
477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqton beynəlxalq hava məkanında Rusiya təyyarəsini vurarsa, biz özümuzü hər vasitə ilə müdafiə edəcəyik.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

ABŞ senatoru Lindsi Qremin beynəlxalq sular üzərində Amerika hədəflərinə yaxınlaşan Rusiya təyyarələrini vurmaq çağırışını şərh edən diplomat qeyd edib ki, bu cür bəyanatlar ciddi qəbul edilməlidir, çünki onlar Moskvanı bütün sahələrdə, o cümlədən hərbi reputasiyasına zərbə vurmaq üçün əllərindən gələni etməyə hazır olduqlarını əks etdirirlər.

O vurğulayıb ki, bu cür bəyanatlar verən insanların nüvə əsrinin reallıqları haqqında çox az təsəvvürləri var və Rusiyanın özünü ixtiyarında olan bütün vasitələrlə təcavüzkar hücumlardan müdafiə etməyə hazır olduğunu unudublar.


Müəllif: Teleqraf.com