23 Mart 2023 15:52
3 660
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya Federasiyası strateji nüvə qüvvələri sahəsində üstünlüyə malik olmasaydı, onu parça-parça edərdilər".

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

"Allaha şükür ki, bizim strateji nüvə qüvvələri sahəsində paritet mövqeyimiz və hətta üstünlüyümüz var. Bu, əslində ölkəmizin mövcudluğu üçün çox vacibdir, çünki bu olmasaydı, çoxdan parça-parça olmuşduq", - Medvedev bildirib.

Medvedev həmçinin bildirib ki, Rusiya Federasiyası “çox layiqli” silah növləri, hərbi və xüsusi texnika və silahlar istehsal edir.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər