Polis və jandarmeriya əməkdaşları Parisdə pensiya islahatlarına qarşı nümayişlər zamanı baş vermən iğtişaşların 14 iştirakçısını saxlayıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə paytaxt polisinin preferkturasindan bildiriblər.
Saxlanmaya səbəb silah qismində istifadə oluna bilən qadağan olunan əşyalar göstərilib.
"Etiraz aksiyası zamanı polis ümumilikdə 2000-dən çox yoxlama həyata keçirib. Bıçaq, pirotexnik vasitələr və fişənglər ələ keçirilib", - deyə qeyd ilib.