Ukrayna ordusunda silah çatışmazlığı var. Ona görə də biz hücuma keçməyə hazır deyilik.
Teleqraf.com xəbər verir ki, bubarədə Ukrayna Prezidenti Vladimir Zelenski Yaponiyanın “Yomiuri” qəzetinə müsahibəsində bildirib.
“Hələ başlaya bilmərik. Tanklar, artilleriya və HIMARS olmadan biz cəsur əsgərlərimizi ön cəbhəyə göndərə bilmərik”, - deyə Zelenski qeyd edib.
Onun sözlərinə görə, hazırda Ukrayna Silahlı Qüvvələrində ciddi sursat çatışmazlığı yaşanır.
O əlavə edib ki, Rusiya ilə sülh danışıqları üçün şərait formalaşmayıb.