Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev “istənilən düşməni məhv etməyə qadir olan unikal silah”ın mövcudluğundan danışıb.
Teleqraf.com xəbər verir ki, Patruşev bu silahların “Rusiyanın mövcudluğuna təhlükə yarandığı halda” istifadə olunacağına eyham vurub.
“Rusiyanın unikal silahı var, onun mövcudluğu üçün təhlükə yaranarsa, istənilən rəqibi, o cümlədən ABŞ-ı məhv etmək iqtidarındadır”, - ölkə rəsmisi deyib.