29 Mart 2023 17:10
1 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstan hökumətinin sözçüsü Zoltan Kovaç ölkəsinin İsveçin NATO üzvlüyünü təsdiq etməməsini üç səbəblə izah edib.

Teleqraf.com xəbər verir ki, “İsveçin davamlı olaraq münasibətləri korlaması”, “əxlaqi prinsiplərin pozulması”, “qayğı və hörmətin olmaması” kimi prinsipləri önə çəkən Macarıstan Stokholm və Ankara arasındakı Quran böhranını xatırladıb.

Kovaç İsveçin daim Macarıstanı “ksenofob”, “zalım rejim” kimi göstərdiyini deyib:

“Xatırladım ki, İsveçin NATO-ya qəbulu ilə bağlı danışıqlar prosesinin ortasında (bura böyük müsəlman dövləti olan Türkiyə də daxildir) “Quranı yandıran ksenofob Macarıstan dövləti” və ya onun “zalım rejim”i deyildi. Bu təxribata “ifadə azadlığı” deməklə özünə haqq qazandıran Macarıstan deyildi. Əxlaqi üstünlük pərdəsi altında açıq-aşkar irqçilik edən və qanunun aliliyini pozan da Macarıstan deyildi”

Macarıstan da Türkiyə kimi yalnız Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər