29 Mart 2023 21:55
2 368
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna rəsmiləri dəfələrlə Rusiyaya qarşı əks-hücum üçün F-16 qırıcılarının verilməsinə çağırıblar. İndiyə qədər heç bir ölkə belə bir qərar qəbul etməyib.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksey Melnik deyib.

Onun sözlərinə görə, Qərb təyyarələri Ukraynanın həm müdafiə, həm də hücum imkanlarını keyfiyyətcə gücləndirir.

Melnik vurğulayıb ki, yalnız MiQ-29 qırıcılarının konkret tədarükü barədə danışmağa dəyər, Slovakiya və Polşa bunları Ukraynaya təhvil verəcək:

“Amma F-16, “Miraj” və F-18-lərin verilməsi hələlik nəzəri məsələdir. Ona görə də əks-hücumdan danışanda bunları nəzərə almaq lazım deyil”.

Ekspertin fikrincə, qırıcıların, xüsusən də F-16-ların təhvil verilməsi ilə bağlı qərar 6 ay çəkə bilər.

Melnik əks-hücumda bu qırıcıların roluna diqqət çəkib:

“Rusiyanın havada hökmranlığının qarşısını alacaq və hava hücumundan müdafiə funksiyalarının bir hissəsini yerinə yetirəcək.

Qərb qırıcıları xüsusilə işğal olunmuş Krımın azad edilməsinə kömək edəcək. Yarımadanı materik Ukrayna ilə birləşdirən dar istmusa görə quru qüvvələrini köçürmək çətindir. Burada aviasiya həlledici rol oynayacaq. Bəllidir ki, Rusiyanın dəniz vasitələrinə qarşı mübarizədə böyük gücə olacaq. Yəni, aviasiya həqiqətən də son dərəcə mühüm rol oynayacaq”.

Bundan əvvəl Ukrayna Hərbi Hava Qüvvələri bəyan edib ki, Ukrayna ABŞ F-15 və F-16 qırıcılarını alacağı təqdirdə işğal etdiyi əraziləri tez bir zamanda azad edə biləcək. Amma hazırda ölkələrdən heç biri bunları təhvil verməyə razı olmayıb.

ABŞ müdafiə naziri Lloyd Ostin çoxfunksiyalı F-16-ların müharibənin indiki mərhələsində Ukraynaya kömək etməyəcəyinə inanır.

Polşa 4 ədəd MiQ-29 təyyarəsini Ukraynaya təhvil verəcək. Slovakiya isə daha 13 belə təyyarənin təhvil verilməsinə razılıq verib.

KİV Fransanın Ukraynaya öz istehsalı olan 40 “Miraj” qırıcısını tədarük etmək istədiyini yazıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər