30 Dekabr 2014 08:36
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yamaykada mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb, 17 nəfər xəsarət alıb.

Teleqraf.com-un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə ölkənin qərbində, Uestmorlend dairəsində baş verib.

İlkin məlumata əsasən, mikroavtobusun sürücüsü idarəetməni itirərək yük maşınına çırpılıb.

Ölən və xəsarət alanların hamısı mikroavtobusda olanlardır. Yerli xəstəxanaya çatdırılan yaralıların əksəriyyətinin vəziyyəti stabil ağır kimi qiymətləndirilir.


Müəllif: