Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı strateji müdafiə tapşırığı yerinə yetirilməyincə başlaya bilməz.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna ordusunun generalı İqor Romanenko deyib.
Onun sözlərinə görə, bunun üçün Ukrayna qüvvələri rusların irəliləməsini dayandırmalı, canlı qüvvəsini və texnikalarını mümkün qədər məhv etməli və onları müdafiəyə keçməyə məcbur etməlidir.
“Bu missiya hələ tamamlanmayıb”, - Romanenko bildirib.
General əlavə edib ki, bir tərəfdən silahlı qüvvələr diqqətini bu missiyanın icrasına yönəldib, digər tərəfdən Ukrayna əks-hücum əməliyyatlarının hazırlanması və həyata keçirilməsi üçün strateji ehtiyatlar formalaşdırır.
“Bu məqsədlə qoşunların bir hissəsini Zaporoje istiqamətində cəmləşdirilir. Gördüymüz budur ki, bu yöndə hərbi fəallıq artıb, Melitopol və Rostov-na-Don ərazilərində partlayışlar baş verib. Bu, önəmli simptomdur”, - Romanenko vurğulayıb.
General qeyd edib ki, gələcək əks-hücum birdən çox istiqamətə ola bilər: “Birdən çox istiqamət olmalıdır. Niyə? Düşmənin səylərini dağıtmaq üçün”.
Onun sözlərinə görə, Silahlı Qüvvələrin əks-hücum üçün ehtiyatları müvafiq avadanlıq və təlim keçmiş ekipajları olan 20 000 əsgərdən ibarət ən azı üç korpusdan ibarət olmalıdır: “Bu, çox ağır işdir”.