Rusiya qoşunlarının son sutka ərzində bir sıra istiqamətlərdə hücumları uğursuzluqla nəticələnib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Ruslar əsas səylərini Avdiv, Baxmut, Marin və Liman istiqamətlərində hücum əməliyyatı keçirməyə yönəldiblər. Sutka ərzində bu istiqamətlərdə 70-dən çox hücumun qarşısı alınıb.
Avdiv, Marin və Baxmut hərbi əməliyyatların episentrindədir.
Rusların Liman istiqamətində irəliləməyə cəhd etsə də, bu səyləri baş tutmayıb.
Rusiya qoşunları Baxmut şəhərinə hücumlarını davam etdirir. Sutka ərzində bu yöndə onların 20-dən çox hücumunun qarşısı alınıb.
Ruslar Marin və Avdiv istiqamətlərində irəliləməyə çalışsalar da, bu səyləri nəticəsiz qalıb.
Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin aviasiyası Rusiya ordusunun şəxsi heyət və texnikalarının cəmləşdiyi yerlərə yeni silsilə dağıdıcı zərbələr endirib. Raket qoşunları və artilleriya bölmələri 1 idarəetmə məntəqəsini, canlı qüvvənin cəmləşdiyi 3 ərazini vurub. Həmçinin rusların 3 hava hücumundan müdafiə mövqeyi və 6 digər hədəfi məhv edilib.