4 Aprel 2023 10:38
1 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna müdafiə qüvvələri son sutka ərzində Rusiya qoşunlarının 69 hücumunun qarşısını alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rus qüvvələrinin əsas səyləri Liman, Baxmut, Avdiv və Marin istiqamətlərində hücum cəhdlərinə yönəldilib. Ruslar gün ərzində bu istiqamətlərdə 58 raket və müxtəlif tipli hava zərbəsi endiriblər.

Rusiya qoşunları Kupyan, Luqansk və Xarkov vilayətlərinin bir sıra yaşayış məntəqələrinə hücum ediblər. Limana hücum cəhdləri də uğursuzluqla nəticələnib.

Ruslar Baxmutu tam ələ keçirməyə çalışırlar, bu məqsədlə hücumlarını davam etdirirlər. Ukrayna müdafiə qüvvələrinin bölmələri gün ərzində bu istiqamətdə 32 hücumu dəf ediblər.

Rus ordusu Avdiv və Marin istiqamətlərində də hücum əməliyyatları keçirib, amma nəticəsiz qalıb.

Ukrayna aviasiyası rusların şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 5 hava zərbəsi endirib, həmçinin onların kəşfiyyat PUA-sını vurub. Rusiya qüvvələrinin canlı qüvvəsinin cəmləşdiyi əraziyə reaktiv sistemlər və artilleriyadan zərbələr də endirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər