ABŞ-ın keçmiş prezidenti Donald Tramp xələfi Co Baydenin rəhbərliyi altında baş verə biləcək Üçüncü Dünya Müharibəsi təhlükəsi barədə xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, Nyu-York məhkəməsi tərəfindən ittiham olunduqdan sonra Mar-a-Laqoda çıxışı “Fox News” tərəfindən yayımlanıb.
Trampın sözlərinə görə, onun rəhbərliyi dövründə ölkələrin nüvə silahından istifadə ilə bağlı açıq təhdidləri heç vaxt xatırlanmayıb və müzakirə olunmayıb:
“Amma Baydenin rəhbərliyi altında bu, tamamilə üçüncü dünya və ya nüvə müharibəsinə səbəb ola bilər. İnansanız da, inanmasanız da, bundan o qədər də uzaq deyilik”.
Donald Tramp ABŞ tarixində cinayət məsuliyyətinə cəlb edilən ilk sabiq prezidentidir. Prokurorlar ona qarşı 34 ittiham irəli sürüblər. Hər bir ittiham üzrə maksimum 4 il həbs cəzası ala bilər.