Çin Rusiyanı Ukraynadakı hərbi əməliyyatları dayandırmağa və tərəfləri yenidən danışıqlar masasına oturtmağa inandıra bilər.
Teleqraf.com xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Pekində Çin dövlət başçısı Si Cinpinlə görüşündə bildirib.
“Rusiyanın Ukraynaya təcavüzü sabitliyə zərbə vurdu. Mən bilirəm ki, Rusiyanı özünə və tərəfləri danışıqlar masasına qaytarmaq üçün sizə arxalana bilərəm”, - Makron Cinpinə deyib.
Fransa lideri Çini Rusiyaya təzyiq göstərməyə çağırıb, onun Ukraynada sülhün bərqərar olması və müharibənin dayandırılmasında mühüm rol oynamalı olduğuna inandığını söyləyib.