6 Aprel 2023 18:48
393
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni xroniki qan xərçəngindən əziyyət çəkir.

Teleqraf.com xəbər verir ki, bu barədə həkimlər Alberto Zangrillo və Fabio Ciceri onun vəziyyəti ilə bağlı açıqlamada qeyd ediblər.

Bildirilib ki, İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni bir müddətdir xroniki qan xərçəngindən əziyyət çəkir və hazırda ağciyər infeksiyası səbəbindən reanimasiyadadır.

Həkimlər Berluskoninin keçmişdə Xroniki Miyelomonositik leykemiya diaqnozu qoyulduğunu açıqlayıblar. Xərçəngin ilk dəfə nə vaxt aşkar edildiyini açıqlamayan həkimlər yalnız onun kəskin olmadığını bildiriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər