İsveç iyul ayına qədər Şimali Atlantika Alyansının üzvü ola bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken “Euronews”a bildirib.
"Mən əminəm ki, bu, tezliklə baş verəcək" Blinken deyib.
O, iddia edib ki, İsveç iyulda Vilnüsdə keçiriləcək sammit zamanı NATO-ya daxil olacaq.