7 Aprel 2023 19:57
2 443
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukraynalı pilotların ABŞ-dakı sınaqları sübut etdi ki, F-16 çoxfunksiyalı təyyarələri altı aydan az müddətdə mənimsənilə bilərlər”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat deyib.

“Təcrübəli pilotlar təlim yox, ABŞ-da bu sınaqdan keçmək üçün seçiliblər. Onların F-16 kimi müasir çoxfunksiyalı təyyarələri nə qədər tez mənimsəyə biləcəklərini görmək üçün imkanları və hazırlıq səviyyəsi öyrənilib”, - İqnat bildirib.

Sözçü Hərbi Hava Qüvvələri Komandanlığının aviasiya rəisi, general Sergey Qolubtsovun sözlərini xatırladıb:

“Artıq bu sınağın ilk qiymətləndirmələrinə görə, F-16-ların mənimsənilməsi üçün daha az vaxt lazım olacağı qənaətinə gəlmək olar. Bundan əvvəl təxmini müddət deyilmişdi: altı ay. İndi söhbət daha qısa müddətdən gedir, çünki uşaqlar hazırdırlar və avadanlığı daha tez mənimsəyə biliblər, nəinki uçurlar, həm də artıq silah növlərini istifadə edirlər”.

Qərb mediası bundan əvvəl ukraynalı pilotların F-16 qırıcıları da daxil olmaqla döyüş təyyarələrini idarə etmək bacarıqlarının yoxlanılması üçün ABŞ-da olduqlarını yazıb. Aprelin 6-da pilotların ABŞ-da uğurla sınaqdan keçdikləri məlum olub.

Ukraynalı hərbi ekspert Valeri Ryabixə görə, Rusiyaya qarşı “hava qalxanı” yaratmaq üçün Ukraynaya 168 ədəd F-16 qırıcısı lazımdır. Mütəxəssislər və ukraynalı rəsmilər F-16 qırıcılarının savaşda dönüş nöqtəsi yarada biləcəyini iddia edirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər