Suriyanın şərqində yaraqlılar tərəfindən basdırılmış minanın partlaması nəticəsində 6 dinc sakin həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Sham” radiostansiyası məlumat yayıb.
İnsident Deyr əz-Zor və Rakka əyalətləri arasındakı sərhəd yaxınlığında baş verib.