ABŞ Prezidenti Co Bayden Böyük Britaniya Kralı III Çarlzın mayda keçirilməsi planlaşdırılan tacqoyma mərasimində iştirakdan imtina edib.
Teleqraf.com “British Express”ə istinadla xəbər verir ki, bunu “arxadan vurulan zərbə” kimi qiymətləndirən britaniyalı mühafizəkar parlamentarilər Ağ Ev rəhbərinin bu qərarından narahat olublar.
Onların fikrincə, ABŞ lideri bununla Britaniya ilə münasibətləri vecinə almadığını göstərir.
Eyni zamanda, ingilis nəşrinin məlumatına görə, Co Bayden aprelin 11-də Belfast sazişinin ildönümü tədbirində iştirak etmək üçün Şimali İrlandiyaya gedəcək.