11 Aprel 2023 22:44
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanada Rusiyadan olan 14 fiziki və 34 hüquqi şəxsə, o cümlədən "PMC Wagner" ilə əlaqəli şəxslərə qarşı sanksiyalar tətbiq edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trüdo bildirib.

Bundan əlavə, Kanadanın Baş naziri deyib ki, Belarusun maliyyə sektoru ilə əlaqəli doqquz təşkilata qarşı sanksiyalar tətbiq edilir.

Kanada, həmçinin Tatarıstan Respublikasının rəhbəri Rüstəm Minnixanov və Rusiya müdafiə nazirinin müavini Nikolay Pankova da sanksiya tətbiq edib. Sanksiya siyahısında "Regnum" agentliyinin sahibi Sergey Rudnov da var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər