12 Aprel 2023 10:36
1 300
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna müdafiə qüvvələri son sutka ərzində Rusiya qoşunlarının 72 hücumunun qarşısını alıb. Ruslar əsas səylərini Liman, Baxmut, Avdiv və Marin istiqamətlərinə yönəldiblər. Ən qızğın döyüşlər Marin şəhəri uğrunda gedir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rusiya qüvvələrinin Liman istiqamətində Biloqoriv və Spirni yaxınlığındakı hücum əməliyyatları uğursuzluqla bitib.

Baxmut şəhərini tutmaq istəyən ruslar bu istiqamətdə irəliləyir, döyüşlər davam edir. Ötən sutka ərzində Rusiya qoşunları Boqdanivka rayonu yaxınlığında hücuma keçmək istəsələr də, bu cəhdləri uğursuz olub.

Rusiya qüvvələrinin Avdiv və Marində dörd istiqamətdə keçirdikləri hücum əməliyyatları da nəticəsiz qalıb.

Bundan başqa, Ukrayna aviasiyası gün ərzində Rusiyanın şəxsi heyətinin və texnikalarının cəmləşdiyi mövqelərə 13 zərbə endirib. Ukraynanın müdafiəçiləri onların iki pilotsuz təyyarəsini vurublar.

Eyni zamanda, raket qoşunları və artilleriya bölmələri sutka ərzində canlı qüvvə, silah və hərbi texnikanın cəmləşdiyi 5 əraziyə, eləcə də iki radioelektron döyüş stansiyasına zərbələr endirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər