13 Aprel 2023 10:16
2 635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qüvvələri Baxmut və ətrafında quru hücumlarını davam etdirir. Amma aprelin 12-də şəhərdə heç bir təsdiqlənmiş uğur qazanmayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirib.

Məlumatda deyilir ki, Rusiya qoşunları Baxmutdan 3 km qərbdə Xromov və 5 km şimal-qərbdə Boqdanivka rayonlarında uğursuz hücum əməliyyatları keçiriblər.

Ruslar isə iddia edirlər ki, Baxmut sərhədləri daxilində Ukrayna ordusunun üç mövqeyini və strateji nöqtələri ələ keçirə biliblər. Eyni zamanda, desantçılar və “Vaqner” qüvvələrinin Ukrayna qoşunlarını ağır itkilərlə geri çəkilməyəcə məcbur etdiklərini bildirirlər.

Rusiya həmçinin bütün mərkəzi inzibati binalar da daxil olmaqla şəhərin 80 faizini nəzarətə götürdüyünü iddia edir. Amma ABŞ institutu bunun əyani təsdiqini tapmadığını vurğulayır.

ISW Baxmutun ən azı 76.5 faizinin işğal edildiyinə inanır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər