Rusiya təkcə Ukraynaya qarşı müharibəsinin bitməsinin deyil, həm də özünün dağılmasına gətirib çıxaracaq “seysmik dəyişikliklər”in astanasındadır.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov deyib.
“Sərhədlər dəyişdirilə bilər. İndi ölkənin dağılmasının vaxtıdır”, - ölkənin baş kəşfiyyatçısı söyləyib.
Budanov Rusiyanın mövcud sərhədlərini “süni” adlandırıb.
O, Ukraynanın Krımı azad edəcəyinə əminliyini bildirib, həmçinin Kremlin nüvə təhdidlərini və rusların böyük itkilərlə nəticələnən uğursuz qış hücumunu məsxərəyə qoyub.