15 Aprel 2023 23:49
1 513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistan rəhbəri Razman Kadırov Moskvada Qurani-Kərimin yandırılması ilə bağlı internetdə yayılan videoya münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Kadırov bu barədə Teleqram kanalında yazıb.

O bunun Ukrayna təxribatçıları tərəfindən edildiyini iddia edir.

“Bu videonun Moskvada məscid tikintisi ilə bağlı məsələ həll olunandan sonra ortaya çıxması mənə şübhəli göründü. Münaqişə həll olundu, artıq mübahisəli vəziyyət yoxdur "- deyə Kadırov bildirib.

Kadırov əmindir ki, belə bir təxribat nə müsəlmanlar, nə də pravoslavlar üçün sərfəli deyil.

Onun sözlərinə görə, istintaqda çeçen mütəxəssislər, eləcə də paytaxt meriyasının əməkdaşları iştirak edir. Kadırov qeyd edib ki, yoxlamanın ilk nəticələrinə görə, təxribatın müəllifi ukraynalılar olub.

Çeçenistan lideri təxribatçının tapılacağına və cinayətkarın cəzalandırılacağına əmin edib.

“Mən bu məsələ ilə məşğulam və söz verirəm ki, təxribatçının axtarışı dayandırılmayacaq”, - o deyib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər