Litvanın 2015-cü il yanvarın 1-dən pul vahidi olaraq avroya keçidi bu ölkədən külli miqdarda miqrant axınına səbəb ola bilər.
Axar.az xəbər verir ki, bu barədə həyəcan siqnalı çalan “Assosiayted Press” bir müddətdən sonra miqrant axını səbəbindən Litvanın işçi problemi ilə üzləşə biləcəyini yazıb. Agentliyin məlumatına görə, artıq müəsisə rəhbərləri işçi çatışmazlığından şikayətlənməyə başlayıblar.
Əsasən tikinti, ticarət mərkəzləri, restoran və xidmət sayələrində işçi çatışmazlığı özünü kəskin büruzə verməyə başlayıb. 2008-11-ci illlərdə Litvadan hər il 80 min insan Avropaya köç edib. Ümumilikdə isə Litva AB-nə üzv olandan bəri 3 milyon vətəndaş ölkədən gedib.
Xatırladaq ki, Litva avroya keçməyən və milli valyutadan imtina etməyən sonuncu Baltikyanı ölkə idi.