17 Aprel 2023 15:38
1 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Prezidenti Vladimir Putinin ətrafı Beynəlxalq Cinayətlər Məhkəməsi onun həbsinə order verdikdən sonra depressiyaya düşüb”.

Teleqraf.com xəbər verir ki, bunu Putinin keçmiş sözçüsü, politoloq Abbas Qalyamov deyib.

“Bundan sonra hamısı şoka düşdü. Həbs qərarı Putinin ətrafı üzərində çox güclü, mənfi və həyəcanlı təəssürat yaradıb. Ağıllı olanlar hələ bundan əvvəl - müharibənin əvvəlindən başa düşürdülər ki, uzaq durmaq, birtəhər bunun qarşısını almaq lazımdır”, - ekspert söyləyib.

Qalyamovun fikrincə, Rusiya liderinin əhatəsində olan hər kəs o andan anlamağa başlayıb ki, Putinin əmrinə əməl etsələr, şərik olacaqlar və onunla məhkəmə qarşısına çıxacaqlar. Onun sözlərinə görə, bu səbəbdən “dəhşətli depressiya” başlayıb, amma heç kəs yaxasını kənara çəkə bilmir, çünki Putin bunu xəyanət kimi qəbul edə bilər.

“Belə bir vəziyyətdə isteriyaya düşən Putin amansız olacaq. İndi çaşqındırlar, nə edəcəklərini bilmirlər. Necə salamat qalmaq strategiyaları yoxdur”, - Qalyamov bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər