Ukrayna Xarici İşlər Nazirliyi Minskdə prezident Aleksandr Lukaşenko ilə tanınmamış Donetsk Xalq Respublikasının “rəhbəri” Denis Puşilin arasında keçirilən görüşdən sonra Belarusdakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.
Teleqraf.com xəbər verir ki, Ukrayna XİN-in məlumatına görə, Lukaşenko ilə Puşilin arasında aprelin 18-də keçirilən danışıqlar “açıq-aşkar qeyri-dost hərəkət” kimi qiymətləndirilir.