Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir kənd evini ziyarət edib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ziyarət Prezidentin Qaziantep Nurdağı Belpınar kəndində kənd evlərinin açarlarının təslim mərasimindən sonra baş verib.
Prezidenti səfər və ziyarət zamanı MHP sədri Dövlət Baxçalı da müşayət edib.
Onlar Qaziantepin Nurdağı mahalının Belpınar kəndində, Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkən Belpınar və Mesthüyük kəndlərində və Kahramanmaraş Türkoğlu Özbek kəndindəki kənd evlərinin açar təslim mərasimində iştirak ediblər. Daha sonra Prezident Belpınar kəndində məscidin, kənd malikanəsinin və kompost sahəsinin açılışını edib.