24 Aprel 2023 19:51
1 370
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 14-də Türkiyədə keçiriləcək seçkilərə bir aydan da az vaxt qalmış müxalifətin “Altılıq Masası”na daxil olan partiyalara reaksiyalar səngimir.

Teleqraf.com xəbər verir ki, bu dəfə keçmiş millət vəkili, mərhum baş nazir Nəcməddin Ərbakanın həbsxana dostu Şəner Battal seçkilərdə CHP sədri Kamal Kılıçdaroğlunu dəstəkləyən Səadət partiyasının lideri Təməl Karamollaoğluna məktub göndərib.

Məktubda deyilir:

“45 illik dostluqdan sonra bu məktubu yazdığıma görə üzgünəm. Fikrimcə, Səadət Partiyası (Milli Fikir) cəmiyyətə İslam idealizmindən danışan, hər kəsin dürüst Davud kimi gördüyü tərəf olmaqdansa, bütün partiyaların və hər kəsin hörmət etdiyi ən yüksəkdə duran partiya kimi Türkiyənin ümidi olmalıydı, amma bunu bacarmadınız.

İş başına keçdikdən bəri partiyanızın səsini bir faiz artıra bildinizmi? Bu qədər uğursuzluqdan sonra hələ də o postda qalmağınız ciddi vecsizlikdir. Hazırda bir faizdən aşağı olan səsləri də itirmək fikrindəsiniz. Bütün bu uğursuzluqlardan sonra Milli Fikir məqamı yerinə, “yoxlar dağında nar” vədi ilə birinin təklif etdiyi məqamı üstün tutdunuz. Sizə verilən vədlərdə heç bir zəmanət yoxdur. Bəlkə sizə meteorologiya üzrə köməkçi vəzifəsi vədi verə bilərlər. Bəlkə seçilə biləcək 3-5 deputat mandatı vədi ilə milli baxışı muzdluya çevirdiniz.

Yoldaşlarınız Bayden-PKK-HDP-FETÖ ilə itirdikləri kreslo həsrəti və kini ilə ümidsiz iki dönək siyasətçi və iki partiya liderindən ibarətdir. CHP lideri hər kəsə hər şeyi söz verərək, sizi bir araya gətirdi. İndi belə bir komandanın yanında olmağa hazırsınızmı? Tayyib (Prezident Rəcəb Tayyib Ərdoğan) düşmənçiliyində birləşərək dağıdıcı dəstə yaratmısınız. Sizin özünüz bilavasitə qazma işinin rəhbəri oldunuz. Nəticədə dağıdıcı dəstə İnşallah məğlub olacaq. Bayden və xəyanətkar tayfa əbədi məyusluq yaşayacaq. Uğursuzluğunuz mütləq olduğuna inanaraq, indi tövbə edin. Səhvdən vaz keçməyinizi təmin etmək sizə edə biləcəyim son dostluq borcumdur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər