"Falcon Heavy" ağır dərəcəli raket Şimali və Cənubi Amerikanı yüksəksürətli internetlə təmin etmək üçün "ViaSat-3 Americas" peykini geostasionar orbitə çıxaracaq.
Teleqraf.com-un məlumatına görə, bu barədə "SpaceX" şirkətindən bildiriblər.
Məlumata əsasən, "Falcon Heavy" raketinin 6,7 ton ağırlığında və bir avtobus böyüklüyündə olan "ViaSat-3 Americas" peyki ilə buraxılmasının Florida ştatının Kanaveral burnunda yerləşən Kennedi adına Kosmik Mərkəzindəki 39A start kompleksindən həyata keçirilməsi planlaşdırılır.