Rusiya qoşunları əsas səylərini Baxmut, Avdiv və Marin şəhərlərini ələ keçirməyə yönəldib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Ruslar son sutka ərzində cəbhənin bu ərazilərində 65-dən çox hücum həyata keçiriblər. Amma bunların hamısı Ukraynanın bölmələri tərəfindən dəf edilib. Baxmut və Marin döyüşlərin episentrində qalır.
Rusiya qoşunları Liman istiqamətində Dibrova və Serebryanskda uğursuz hücum əməliyyatları keçirib.
Ruslar Baxmut istiqamətində hücumlarını davam etdirirlər. Şəhərin mərkəzi uğrunda şiddətli döyüş gedir. Rusiya qüvvələrinin Boqdanivka istiqamətindəki hücumu uğursuzluqla bitib.
Rusların Avdiv istiqamətində Severna və Pervomaysk yaşayış məntəqələrinin ərazilərinə hücum əməliyyatları da nəticəsiz qalıb.
Ukrayna ordusu Marin istiqamətində ötən sutka ərzində Krasnoqorivka və Marin yaşayış məntəqələri ərazilərində işğalçıların hücumlarını dəf ediblər.