Odessanın Krasnıye Okna vilayətində Vladimir Leninin heykəli sökülüb. Yerə düşəndə heykəl bir neçə hissəyə parçalanıb.
Trend Lenta.ru-ya istinadan xəbər verir ki, Odessanın "Svoboda" hərəkatının sosial şəbəkələrində yayılan məlumata əsasən, nasionalistlər belə Stepan Banderanın ad gününü qeyd ediblər (yanvarın 1 onun 106 yaşı tamam olacağdı).
Bu, Leninin regionda sökülən ilk heykəli deyil. Bundan əvvəl heykəllər Odessanın özündə, Bolqrad, Beryozovka şəhərində və Kirniçki kəndində sökülüb.