“Əfqanıstan rəhbərliyi təkcə ölkədə deyil, həm də regionda təhlükəsizliyin möhkəmlənməsinə töhfə verən siyasət aparır”.
Teleqraf.com xəbər verir ki, bunu Əfqanıstanın Taliban hökumətinin sözçüsü Zəbihullah Mücahid deyib.
Rusiya müdafiə naziri Sergey Şoyqunun Əfqanıstandakı radikal qruplaşmaların regionun təhlükəsizliyinə əsas təhdid olması ilə bağlı sözlərinə münasibət bildirən Mücahid qeyd edib ki, bu ölkədən Mərkəzi Asiya dövlətlərinə heç bir təhlükə yoxdur.
“Rusiya hökumətinin rəsmiləri başa düşməlidirlər ki, son iki ildə region və dünya ölkələri üçün Əfqanıstandan heç bir təhlükəsizlik təhdidi olmayıb”, - Talibanın sözçüsü söyləyib.