Rusiya sülhməramlı kontingentinin yeni komandanı Aleksandr Lentsov yenidən Xankəndidə separatçıların lideri Araik Arutyunyanla görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşdə separatçılar Lentsovdan "Laçın" sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsi üçün Rusiya tərəfinin addım atmasını istəyiblər. Lentsov yaxın günlərdə Bakıya gedəcəyini və məsələ ilə bağlı müzakirələr aparacağını bildirib.
Qeyd edək ki, Ermənistan-Azərbaycan sərhədində qurulan "Laçın" sərhəd-buraxılış məntəqəsində ermənilərin Ermənistana gedib-gəlməsinə heç bir məhdudiyyət qoyulmayıb.