3 Yanvar 2015 20:35
665

Sierra-Leonedə "Ebola" virusuna yoluxmuş britaniyalı tibb bacısının vəziyyəti ağırlaşaraq, kritik həddə çatıb. Həkimlər artıq tibb bacısının həyatının xilas olunmasını qeyri-mümkün sayırlar.

Teleqraf.com-un “İnterfaks” agentliyinə istinadən məlumatına görə, eksperimental preparatla müalicə olunan qadının vəziyyəti son iki gündə kəskin pisləşib.

Qeyd edək ki, tibb bacısı dekabrda Qərbi Afrikadan Şotlandiyaya qayıtmışdı.


Müəllif: