7 May 2023 14:16
2 390
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri əksər rusların dəstəyini itirib.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin keçmiş sözçüsü, politoloq Abbas Qalyamov deyib.

“Təxminən dörddəbir əsr ərzində Putin rusların əksəriyyətinə nəzarət edirdi. İndi vəziyyət o yerə gəlib çatıb ki, bu çoxluğu itirir. Bunu 2018-ci ildən itirməyə başlayıb”, - Qalyamov bildirib.

Sorğu mərkəzlərinin məlumatlarına istinad edən ekspert qeyd edib ki, 2015-ci ildə Putinin seçki reytinqi 76 faiz olub, 2020-ci ilin yanvar ayına qədər isə bu rəqəm 45-ə düşüb: “76 və 45 faiz nəzərəçarpacaq fərqdir. 2020-ci ilin yanvarından sonra çaşqınlığın önünü almaq üçün reytinq məlumatlarının dərc edilməsi dayandırılıb”.

Qalyamovun sözlərinə görə, rusların dəstəyini itirdiyi üçün Putinin hakimiyyəti itirə biləcəyi sualı yaranıb:

“Buna görə də müharibənin köməyi ilə Krım hiyləsini təkrarlamağa, daxildə siyasi mövqeyini gücləndirməyə çalışdı. Amma ikinci cəhdi uğursuzluğa düçar olduğundan Krımın əvəzinə Xarkov və Xerson məsələsini ortaya atdı, indi özü də çaşqınlıq içindədir”.

Qalyamov iddia edir ki, Putin bu il hakimiyyətini itirəcək.

Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, general Mikola Malomuj isə deyir ki, Putini Ukraynadakı müharibədən narazı olanlar taxtında sala bilər. Rusiyalı müxalifətçi, kemiş FSB polkovniki Gennadi Qudkov Rusiya liderinin Baş Qərargah rəisi Valeri Gerasimov və müdafiə naziri Sergey Şoyqunun qurbanına çevrilə biləcəyini iddia edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər