4 Yanvar 2015 08:25
445

ABŞ-da növbəti qanlı atışma baş verib. Silahlı insident Çikaqo şəhərində (İllinoys ştatı) yaşanıb.

Teleqraf.com-un “Gazeta.ru”-ya istinadən məlumatına görə, naməlum şəxsin atəş açması nəticəsində 3 nəfər yaralanıb.

Hadisənin Saut-Sayd dairəsinin Raytvud bölgəsində baş verdiyi bildirilir. İlkin məlumata əsasən, naməlum şəxs içində 3 nəfərin olduğu avtomobilə yaxınlaşaraq atəş açıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir. Hadisənin təfərrüatları müəyyənləşdirilir.


Müəllif: