Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə sabah Qırmızı Meydanda (Moskvada) keçiriləcək tədbirlərdə iştirak edəcək.
Teleqraf.com xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də sabah Moskvada olacaq.
Qazaxıstan və Ermənistanla yanaşı, Tacikistan Prezidenti Emoməli Rəhmon da 9 May paradında (Qələbə Günü) iştirak edəcək.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov da Moskvada keçiriləcək Qələbə bayramında iştirak etmək üçün dəvət alıb. Dəvətin qəbul edilib-edilmədiyi bəlli deyil.
Bundan əvvəl bildirilmişdi ki, yalnız bir xarici ölkə lideri - Qırğızıstan Prezidenti Sadır Japarovun Qələbə Gününə həsr olunmuş bayram tədbirləri üçün Rusiyaya səfəri gözlənilir.