8 May 2023 21:44
3 584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusunun Ukraynadakı uğursuzluqları rusiyalı oliqarx Andrey Kovalyovu dəhşətə gətirib.

Teleqraf.com xəbər verir ki, oliqarx Ukrayna qoşunlarının Rusiya qüvvələrindən qat-qat güclü olduğunu iddia edir.

Onun sözlərinə görə, Rusiyanın məğlubiyyətini dəhşətlə gözləyir. Kovalyov müharibənin əvvəlində Rusiyanın qalib gələcəyinə əmin olduğunu bildirib. Ancaq rusların bütün illüziyaları döyüş meydanında ukraynalı əsgərlər tərəfindən məhv edilib.

Oliqarx xatırladıb ki, ruslar bir neçə günə Kiyevi alacaqlarını gözləyiblər, amma sonra nəsə heç nə plan üzrə getməyib.

“Yaxşı başlamışdı, amma sonra işlər tərs getməyə başladı. Geri çəkilməyimizi, müşayiətsiz, qeyri-peşəkar hərəkət edən məğlub konvoylarımızı xatırlayın. Sonra bütün dünya Ukraynaya yardıma gəldi. Kimsə bunu təhlil edib proqnozlaşdırmışdı? Məlum oldu ki, biz 2014-cü ildə Krımı bir güllə atmadan ələ keçirdiyimiz zəif dövlətlə döyüşmürük”, - oliqarx deyib.

Kovalyov etiraf edib ki, Ukrayna güclü dövlətdir, ordusu isə əla və müasirdir.

“Allah eləməsin ki, Rusiya məğlub olsun”, - o əlavə edib.

Oliqarx həmçinin bildirib ki, Ukraynada baş verənlər “xüsusi əməliyyat” deyil, dəhşətli müharibədir: “Bütün dünya bizə qarşıdır. 122 ölkə bizi təcavüzkar kimi tanımağa səs verdi. Gələcək haradadır? Hansı layihələr, hansı planlar? Bu utancvericidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər