9 May 2023 14:26
12 715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sudan Suverenlik Şurasının sədri general Əbdülfəttah Əbdürrəhman əl-Burxanla telefon danışığı aparıb.

Teleqraf.com xəbər verir ki, görüş zamanı Sudandakı hadisələr müzakirə edilib.

Prezident Ərdoğan Sudanda qardaş qırğınında ölən və yaralananların sayının artması ilə bağlı kədər və narahatlığını dilə gətirib.

Danışıqlara başlamaq qərarı alınarsa, müzakirələrə ev sahibliyi etməyə hazır olduqlarını qeyd edən Ərdoğan Sudan xalqının təcili humanitar ehtiyaclarının qarşılanması üçün BMT ilə təmasda səylərini davam etdirəcəklərini bildirib.

Görüş zamanı Sudandakı Türkiyə vətəndaşlarının təxliyəsi və təhlükəsizliyi ilə bağlı məsələlər də müzakirə olunub.

Aprelin ortalarından bəri Sudan hökumətə bağlı ordu ilə qiyamçı Çevik Hərəkət Qüvvələri arasında silahlı toqquşma yaşanır. İndiyədək dəfələrlə atəşkəs elan olunsa da, tərəflər qarşıdurmanı davam etdirirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər